Tarafsız haber için doğru adrestesiniz. Haber, Haberler, güncel haberler, internet haber,son dakika haberleri, ogaste.com farkıyla takip edin. En son haberlere bizimle ulaşın.
Yasal Uyarı: Sitemizdeki tüm yazı, resim ve haberlerin her hakkı saklıdır. İzinsiz, kaynak gösterilmeden kullanılması kesinlikle yasaktır. -
Copyright© 2006-2024 Tüm hakları saklıdır.
HABER YAZILIMI ve
TURKTICARET.NET projesidir
Kərimov Şahin Cəfər oğlu
Türk dövlətləri təşkilatı: Türk dünyasını bir araya gətirən güc mərkəzi
Türk Dövlətləri Təşkilatının (TDT) və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti, türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan Müqaviləsi ilə qoyulmuşdur. Bu müqavilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə təşəbbüsü ilə türkdilli dövlətlər arasında əməkdaşlıq və birliyin inkişafını təmin etmək məqsədi daşıyır. İlk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə irəli sürülən bu təşəbbüs illər ərzində daha böyük bir ittifaqa çevrilmişdir. Hal-hazırda üzc dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzvlər isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası və İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 22 avqust 2012-ci ildə Bişkekdə keçirilən II Zirvə görüşündə isə təşkilatın rəsmi bayrağı qəbul edilmişdir. Bu bayraq üzv ölkələrin milli simvollarını əks etdirir: Azərbaycanın səkkizguşəli ulduzu, Qazaxıstanın mavi rəngi, Qırğızıstanın günəşi və Türkiyənin ayparası birləşdirilərək, türk dünyasının birlik və həmrəyliyini təcəssüm etdirən bir rəmz yaradılmışdır.
Türk Dövlətləri Təşkilatının üç əsas mərkəzi var: İstanbulda Ümumi Katiblik, Bakıda Parlament Assambleyası və Astanada Beynəlxalq Türk Akademiyası. Bundan əlavə, təşkilat daxilində Baş Prokurorlar Şurası, Dövlət Rəhbərləri Şurası, Xarici İşlər Nazirləri Şurası və Ağsaqqallar Şurası da fəaliyyət göstərir. Təşkilatın mərkəzi idarəetmə qurumu olan Ümumi Katiblik İstanbulda yerləşir. Bundan əlavə, təşkilat daxilində Dövlət Rəhbərləri Şurası, Xarici İşlər Nazirləri Şurası, Təcrübəli Məmurlar Şurası, Baş Prokurorlar Şurası və Ağsaqqallar Şurası fəaliyyət göstərir. Türk mədəniyyətinin və irsinin qorunması və təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Ankarada, Türk Mədəniyyət və Miras Vəqfi, eləcə də Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) isə Bakıda yerləşir. Beynəlxalq Türk Akademiyası Astanada, Türk Ticarət və Sənaye Otağı ilə Türk İş Şurası İstanbulda, Köçəri Mədəniyyət Mərkəzi isə Bişkekdə fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatının əsas toplantı strukturu üzv dövlətlərin rəhbərləri arasında illik əsasda keçirilən zirvə görüşlərindən ibarətdir. Dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə isə qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə bir araya gələrək aktual mövzuları və əməkdaşlıq istiqamətlərini müzakirə edirlər. Bununla yanaşı, üzv ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli bürokratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər. Parlament rəhbərləri və heyətləri isə mütəmadi olaraq Bakıda toplanır, burada Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığı gücləndirirlər. Təşkilatın ilk baş katibi Türkiyə nümayəndəsi olan türk diplomat Xəlil Axıncı Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət rəhbərlərinin qərarı ilə bu vəzifəyə seçilmiş və sentyabr 2010-dan sentyabr 2014-cü ilə qədər baş katib vəzifəsini icra etmişdir. Ondan sonra bu vəzifəni Azərbaycan nümayəndəsi Ramil Həsən 2014-cü ildən 2018-ci ilə qədər icra etmişdir. Daha sonra Qazaxıstan nümayəndəsi Bağdad Amreyev 2018-ci ildən 2022-ci ilə qədər təşkilatın baş katibi olmuşdur. 2022-ci ilin noyabr ayında isə bu vəzifəyə Qırğızıstan nümayəndəsi Kubanıçbəy Ömürəliyev seçilmiş və hazırda baş katib olaraq fəaliyyətini davam etdirir.
2022-ci ilin iyul ayında Azərbaycanın qədim şəhəri Şuşada keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsini təmin edən Qarabağ Bəyannaməsinin imzalanması ilə yadda qaldı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan, türk dünyasında lokomotiv rolunu oynayır və TDT-nin güclənməsinə böyük töhfə verir.
2024-cü ilin noyabrında Bişkekdə keçirilən 11-ci Zirvə görüşü türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli idi. Azərbaycan Prezidenti İlham Əliyev artan təhlükələr fonunda türk dövlətlərinin bu sahələrdə birgə addımlar atmasının mühüm olduğunu bildirdi. Zirvə görüşü dünya mediasının diqqət mərkəzində olmaqla yanaşı, türk dövlətlərinin qlobal səviyyədə güc mərkəzinə çevrilmək yolunda növbəti addımı kimi yadda qaldı. Prezident İlham Əliyev çıxışında TDT-nin Azərbaycan üçün “ailə” olduğunu qeyd edərək, üzv ölkələrin birlik və həmrəylik içində addımlamasının vacibliyini xüsusi vurğuladı.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi TDT-yə üzv dövlətlərin iqtisadi əlaqələrini daha da gücləndirir. Bu dəhliz türk dövlətlərinin dünya bazarına çıxışını asanlaşdıraraq, ticarəti daha sürətli və sərfəli edir. Zəngəzur dəhlizinin açılması isə türk dövlətləri arasında kommunikasiya və ticarət əlaqələrini artıraraq, iqtisadi bağları möhkəmləndirəcək. Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi üçün namizədliyini irəli sürmüş və türk dövlətlərinin dəstəyi ilə bu təşəbbüsü gücləndirmişdir. Bu tədbir TDT ölkələri arasında ekoloji əməkdaşlığı genişləndirmək, ortaq ekoloji problemlərə həll yolları tapmaq üçün mühüm fürsət yaradacaqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır və Bişkek Zirvəsi ilə qarşıdakı COP29 tədbiri türk dünyasının birgə güclü mərkəzə çevrilmək yolunda irəliləməsi üçün mühüm bir addımdır.